Bu gün Azərbaycanın üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında finala çıxıb.
525.az xəbər verr ki, Rafiq Hüseynov (82) yarımfinalda Türkiyə təmsilçisi Burhan Akbudakla üz-üzə gəlib.
Rəqibinə sonuncu xal prinsipinə əsasən (5:5) qalib gələn Hüseynov sabah qızıl medal uğrunda qarşılaşmada iştirak edəcək.
Eldəniz Əzizli (55) yarımfinalda İran təmsilçisi Puya Dad Marza qalib gəlib - 3:2. O, sabah qızıl medal uğrunda görüşə çıxacaq.
Sənan Süleymanov (77) isə yarımfinalda Ermənistan təmsilçisi Malxas Amoyanla üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Süleymanov həm həlledici qarşılaşmaya vəsiqə qazanıb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.