Sentyabrın 21-də Azərbaycan Nəşriyyatları və Azərbaycan Gənc Müəllimlər assosiasiyaları arasında görüş keçirilib.
525.az xəbər verir ki, görüş zamanı Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) idarə heyətinin sədri Şəmil Sadiq müəllimlər arasında mütaliə vərdişinə təşviqin artırılması üçün birgə fəaliyyət perspektivləri haqqında danışıb.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə təhsil sahəsindəki mövcud problemlərə toxunub, həll istiqamətində atılan addımlardan söz açıb.
ANAİB idarə heyətinin üzvü Səbuhi Şahmursoy çıxışında oktyabrın əvvəlində start götürəcək "Kitabqurdu" Payız Oxu Marafonu haqqında məlumat verib, eləcə də müəllimlərin sözügedən müsabiqədə iştirakının təmini, kitabxanaçılarla görüş kimi yeni layihələr haqqında təkliflərini irəli sürüb.