“Sertifikasiyadan hələ ki, Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri keçib. Ona görə digər müəllimlərlə qeyri-bərəbərlik yaranmasın deyə, bu il sertifikasiya balının iş yerinin dəyişdirilməsində nəzərə almadıq".
Bunu 525.az-a açıqlamasında Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib. O bildirib ki, növbəti illərdə, sertifikatlaşdırma yekunlaşdıqdan sonra, müəllimlər sertifikasiya balından istifadə edə biləcəklər. Amma bu il üçün nəzərdə tutulmur.
Sevinc Qarayeva