525.Az

ABŞ tankları tezliklə Ukraynada istifadə olunacaq


 

ABŞ tankları tezliklə Ukraynada istifadə olunacaq<b style="color:red"></b>

ABŞ müdafiə naziri Lloyd Ostin ABŞ-nin "Abrams" tanklarının tezliklə Rusiyaya qarşı döyüşən Ukrayna ordusu tərəfindən istifadə ediləcəyini açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin müdafiə naziri Ostin Almaniyanın Ramşteyn bazasında keçirilən 15-ci Ukrayna Müdafiə Əlaqə Qrupu toplantısından əvvəl çıxış edib.

“ABŞ-nin əvvəllər öhdəlik götürdüyü "M1 Abrams" tanklarının tezliklə Ukraynaya daxil olacağını elan etməkdən məmnunam”, - Ostin bildirib. 

ABŞ və digər tərəfdaşlarının Ukraynaya müdafiə dəstəyi öhdəliyinin 76 milyard dolları keçdiyini bildirən Ostin bu ölkəyə dəstəyin davam edəcəyinə söz verib. O, həmçinin ABŞ-də ukraynalı pilotlar üçün təlimlərin başlayacağını açıqlayıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi 31 "M1 Abrams" tankını Ukraynaya tədarük edilmək üçün may ayında Almaniyanın Grafenwoehr şəhərinə göndərib. 

Malik Atilay

 





22.09.2023    çap et  çap et