525.Az

Xorvatiya Ukraynadan taxıl idxal etməyəcək


 

Xorvatiya Ukraynadan taxıl idxal etməyəcək<b style="color:red"></b>

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Xorvatiyanın tranzit ölkə olduğunu və Ukraynadan taxıl idxal etməyəcəklərini bildirib.

525.az xarici mediaya əsasən xəbər verir ki, Plenkoviç ölkə mətbuatına verdiyi açıqlamada ölkəsinin Ukraynadan taxıl idxal etməməsi ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskiyə və Ukrayna nazirlərinə məlumat verildiyini bildirib.

Avropa Birliyinin (AB) üzvü olan Xorvatiyanın Ukrayna taxılının yalnız tranzit ölkəsi olduğuna diqqət çəkən Plenkoviç, daha ucuz Ukrayna taxılını idxal etməyəcəklərini açıqlayıb.

Malik Atilay

 





22.09.2023    çap et  çap et