525.Az

Liviyada daşqının fəsadları ortadan qaldırılır


 

Liviyada daşqının fəsadları ortadan qaldırılır<b style="color:red"></b>

Liviya Milli Birlik Hökumətinin (UBH) yerli hökumətlər naziri Bedreddin əl-Tumi, ölkənin şərqindəki daşqınlardan zərər çəkmiş bölgələrdə hökumətə bağlı ən azı 36 icra qurumunun çalışdığını bildirib.

525.az xəbər verir ki, nazir Tumi Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviya Humanitar Yardım Koordinatoru Georgette Qaqnon ilə görüşüb. Görüş zamanı təbii fəlakətdən zərər çəkmiş şəhərlərdə bərpa işləri və humanitar yardımın koordinasiyası ilə bağlı məsələlər müzakirə olunub.

UBH-yə bağlı ən azı 36 icra qurumunun daşqından zərər çəkmiş bölgələrdə çalışdığını bildirən Tumi, böhranların idarə olunmasında BMT ilə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparıldığını və daimi əlaqədə olduqlarını vurğulayıb.

Məhəmməd Tağıyev

 





22.09.2023    çap et  çap et