ABŞ-nin Cənubi Karolina ştatında dərmanların istifadə müddətinin bitməsi və tədarükün olmaması səbəbindən 12 ildir dayandırılan ölüm hökmünün icrasının bərpa olunacağı bildirilib.
525.az xəbər verir ki, Cənubi Karolina Cəza Departamentinin direktoru Brian Stirlinq verdiyi yazılı açıqlamada 2011-ci ildən bəri ştatda icra olunmayan ölüm hökmlərinin yenidən tətbiq ediləcəyini qeyd edib.
Stirlinq ölüm cəzasında istifadə edilən "pentobarbital" adlı öldürücü inyeksiyanın tədarük edildiyini bildirib.
Hazırda ştatda edam cəzasını gözləyən 34 məhbus var, lakin hökmlərin nə vaxt icrasına başlanacağı ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, 2011-ci ildə ştatda ölüm hökmünün son icrasından sonra dərmanların istifadə müddəti bitdiyinə və apteklərin kimliklərinin üzə çıxa biləcəyindən ehtiyatlanaraq dərman satmadığına görə cəzalarda 12 illik məcburi fasilə yaranmışdı.
Məhəmməd Tağıyev