525.Az

Avstraliyada quraqlıq və yanğın riski


 

 Avstraliyada quraqlıq və yanğın riski<b style="color:red"></b>

Avstraliyanın yay mövsümündə El Nino hava hadisələrinin və Hind okeanı Dipolunun təsiri altında olacağı açıqlanıb.

525.az xəbər verir ki, Avstraliya Meteorologiya Bürosunun açıqlamasına görə, ölkədə dekabr, yanvar və fevral aylarında yay mövsümündə təsirli olacaq El Nino və Hind Okeanı Dipolu yağışı Avstraliyadan uzaqlaşdıracaq.

Büro, hazırda yazın yaşandığı ölkədə yaz və yay aylarında təsirli olacaq El Nino hava hadisələrinin nəinki isti və quraq mövsümə səbəb olacağını, həm də yanğın riskini artıracağını açıqlayıb.

Qeyd edək ki, Meteorologiya Bürosunun Klimatoloqu Ketrin Qanter də Hind okeanının dipolunun ölkənin bəzi bölgələrində orta səviyyədən aşağı yağıntılara və orta temperaturdan yüksək temperatura səbəb olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





22.09.2023    çap et  çap et