525.Az

Fransada məktəblərdə çadra qadağası müzakirə edilir


 

Fransada məktəblərdə çadra qadağası müzakirə edilir<b style="color:red"></b>

Fransada 3 həmkarlar ittifaqı tərəfindən məktəblərdə çadra (uzun paltar) qadağasının icrasının dayandırılması tələbi dövlət şurasında müzakirə edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sud Education Paris, La Voix Lyceenne və Le Poing Leve Lycee həmkarlar ittifaqlarının məktəblərdə çadranın qadağan edilməsi qərarının dayandırılması tələbi ilə etdiyi müraciətin qiymətləndirilməsi üçün dövlət şurasında iclas keçirilib.

Sessiyadan sonra 3 ittifaqın vəkili Klara Qandin verdiyi açıqlamada çadranın təbiətcə dini geyim olmadığını, əksini düşünənlərin dünyəvi tarixçilər, İslam mədəniyyəti mütəxəssisləri olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





22.09.2023    çap et  çap et