525.Az

İraq Rusiyaya sanksiyalara görə narahatdır


 

İraq Rusiyaya sanksiyalara görə <b style="color:red">narahatdır</b>

İraq Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə bu ölkədə fəaliyyət göstərən Rusiya şirkətlərinə ödəniş etməkdə çətinlik yaşayır.

525.az xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn "RİA Novosti"yə müsahibəsində bildirib ki, Bağdad bu məhdudiyyətlərdən yayınmağın qanuni yollarını tapmağa çalışır.

“Əlbəttə, bizim Rusiya ilə ticarət əlaqələrimiz var və İraqda rus şirkətləri fəaliyyət göstərir və təbii ki, onlara pul verilməlidir”, - deyə diplomat bildirib. Fuad Hüseynin sözlərinə görə, İraq hökuməti sanksiyalara görə bəzi çətinliklərlə üzləşib. 

Qeyd edək ki, bundan əvvəl Fuad Hüseyn İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudaninin 2023-cü ilin sonuna kimi Rusiyaya səfər edəcəyini bildirmişdi. Yayda Rusiyanın Bağdaddakı səfiri Elbrus Kurtaşev İraqın Baş nazirinin Moskvaya səfər dəvətini qəbul etdiyini, lakin səfərin tarixinin hələ müəyyən edilmədiyini bildirib.

Havar Şəfiyeva

 





22.09.2023    çap et  çap et