Meksikanın Verakruz əyalətində bir evdə silahlı hücum nəticəsində həlak olan 5 nəfərin cəsədi tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, Emiliano Sapata qəsəbəsindəki evdə tapança ilə öldürülən 5 nəfərin cəsədi tapılıb.
Xəbər üzərinə hadisə yerinə gələn polis və sağlamlıq qrupları cəsədlərin 5 kişiyə aid olduğunu açıqlayıb. Həmin şəxslərin meyitləri şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparılıb.
Hadisə ilə bağlı təhqiqat başlansa da, hücumun qruplaşmanın qarşıdurması nəticəsində baş verdiyi ehtimal edilir.
Malik Atilay