Bəzi Avropa ölkələrində qarşıdan gələn seçkilər və daxili problemlər Ukraynaya dəstəyi təhdid edir.
525.az xəbər verir ki, Polşa və Slovakiyada keçirilən seçkilərin Kiyevə yardıma təsiri ilə bağlı "Politico" qəzetində məqalə dərc olunub.
Polşada seçkilər oktyabrın 15-də keçiriləcək. “Ukrayna başa düşür ki, son aylar Polşa ilə deyil, Polşa seçkiləri ilə həmsərhəddir. Ona görə də hazırda yüz min polşalı fermerin səsi hökumət üçün Ukraynanın ödəyəcəyi qiymətdən daha vacibdir”, - məqalədə bildirilib.
Slovakiyada sentyabrın 30-da keçiriləcək seçkilərin favoritlərindən biri Ukraynaya dəstəyin əleyhinə olan keçmiş Baş nazir Robert Fikodur. Alman Xarici Əlaqələr Şurasının tədqiqatçısı Milan Nitş Robert Fikonun populyarlığını izah edib: "Əgər sizin yalnız 40 faizinizin Ukraynaya silah tədarükünü dəstəkləyirsə və hökumətiniz yardım təklif edirsə, bu, əks reaksiyaya səbəb olur".
Qeyd edək ki, bundan əvvəl Polşanın Avropa İttifaqı işləri üzrə naziri Şimon Şinkovski vel Şenk bildirib ki, Varşava Ukraynaya yardımı dayandıra bilər.
Havar Şəfiyeva