525.Az

"Dekolonizasiya: Sakit İnqilab” konfransında qəbul olunmuş yekun bəyanat


 

"Dekolonizasiya: Sakit İnqilab” konfransında qəbul olunmuş yekun bəyanat<b style="color:red"></b>

BMT Baş qərargahında keçirilmiş "Dekolonizasiya: Sakit İnqilab” Konfransında yekun bəyanat qəbul olunub.

525.az APA-a ya istinadən xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində 6 iyul 2023-cü il tarixində Bakıda keçirilmiş ilk tədbirdə, tərəflər Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair razılığa gəlmiş və müstəmləkəçiliyə qarşı mübarizədə əməkdaşlığın davam etdirilməsinə hədəflərini ifadə edib.

“Dekolonizasiya: Sakit İnqilab” konfransının iştirakçıları Bakı Təşəbbüs Qrupunu rəsmi fəaliyyətə başlaması ilə əlaqədar təbrik edib və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin (Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun sədri qismində) dəstəyi ilə konfransın təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası, Qvadelupa müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun katibliyi və Bakı Təşəbbüs Qrupunun nümayəndələri Birləşmiş Millətlər Təşkilatının və Qoşulmama Hərəkatının Nizamnaməsinin əsas prinsiplərinə, həmçinin, dekolonizasiyaya dair müvafiq qətnamələrə sadiq olduqlarını bildirib və müstəmləkəçilik altında olan bütün millətlərin azad edilməsindən əvvəl dekolonizasiya prosesinin tamamlanmasının vacibliyini bir daha vurğulayıblar.

Beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsində müstəqillik uğrunda mübarizə aparan xalqlara dəstək vermək BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının əsas hədəflərindən birini təşkil edir.

Bu, müstəmləkəçilikdən əziyyət çəkən xalqların milli müstəqilliyi uğrunda mübarizədə qarşısına qoyduğu çoxsaylı çağırışlara, tarixən Fransanın müstəmləkə gücü ilə insan, iqtisadi, ekoloji və mədəni cinayətlərə görə hüquqi təzminat tələbinə həmrəyliklə necə cavab vermək barədə səylərini birləşdirməyə qiymətli imkanlar verir.

Nyu Yorkda təmsil olunan Yeni Kaledoniya, Fransız Polineziyası, Martinika, Qayana və Qvadelupa müstəqillik və millətçi hərəkatları dünyaya, eləcə də bu gün Baş qərargahında olduqları BMT başda olmaqla beynəlxalq təşkilatlara təcili müraciətlə çıxış edərək xalqlarının mənafeyinə uyğun olaraq azadlıq hüquqlarına, təzminat və inkişaf kimi əsas səylərinin dəstəklənməsi üçün səslərini ən yüksək səviyyədə ucaltdılar.
Biz Noumea Müqaviləsi ilə başlayan dekolonizasiya prosesi üzrə FLNKS-nin 3-cü referendumun etirazını Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmək qərarını dəstəkləyirik.

Fransız Qvianası, Martinika və Qvadelupa ilə əlaqədar isə biz tələb edirik ki, bu ölkələr Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya prosedurları üzrə ölkələr siyahısına yenidən daxil edilsin.

Fransa Respublikası Maohi Nuinin müstəmləkədən azad olacaq ölkələr siyahısına yenidən yazılmasından sonra, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən hər il Fransız Polineziyası, Maohi Nui bölgələrinə aid məsələlərdə boş kürsü rolunu oynayır. Biz Fransadan 2013, 2019, 2020, 2022-ci ildə qəbul edilən qətnamələrinin tələblərinə uyğun olaraq dekolonizasiya prosesi ilə bağlı danışıqlara başlamasını tələb edirik.

Bəşəriyyətimizin qlobal təhlükələrlə üzləşdiyi bir vaxtda, təşkilatımız təntənəli şəkildə bəyan edir ki, müstəmləkəçilik və neokolonializmin tamamilə ləğvi və xalqlar arasında əməkdaşlığa, bərabərliyə əsaslanan yeni dünyanın qurulması, qarşılıqlı hörmət və xalqların suverenliyi beynəlxalq münasibətlərin əsasını təşkil etməlidir.

Bakı Təşəbbüs Qrupu və Cənubi Amerika, Karib hövzəsi, Hind okeanı və Sakit okean hövzəsindəki Fransa koloniyalarının təşkilatları xalqlarımız arasında zəruri həmrəyliyin gücləndirilməsi və Qoşulmama Hərəkatının Dekolonizasiya üzrə Xüsusi Komitəsi və digər BMT orqanları ilə sıx əməkdaşlığın qurulması məqsədilə öz nəticəyönümlü fəaliyyətini davam etdirəcək”.

 





23.09.2023    çap et  çap et