525.Az

Avtomobillərin icbari sığorta bazarı 54 faiz böyüyüb


 

Avtomobillərin icbari sığorta bazarı 54 faiz böyüyüb<b style="color:red"></b>

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 107 mln. 622 min manata yüksəlib.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 53.9% və ya 37 mln. 720 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında 69 mln. 920 min manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 64 mln. 770 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8.7% və ya 5 mln. 201 min manat çoxdur. Ötən ilin ilk 8 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 59 mln. 505 min manat olub.

Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 29.2% azaldıb. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 85.1 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 8 ayında bu rəqəm 60.2 manata enib.

 





23.09.2023    çap et  çap et