525.Az

Azərbaycanlı deputat Albaniyada monitorinq aparacaq


 

Azərbaycanlı deputat Albaniyada monitorinq aparacaq<b style="color:red"></b>

Milli Məclisin deputatı Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi qismində sentyabrın 24-də bu ölkənin Tirana şəhərinə səfər edəcək.

525.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Asim Mollazadə Albaniyanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti ilə maraqlanacaq, bununla bağlı monitorinq aparacaq.

Səfər sentyabrın 29-da başa çatacaq.

 





23.09.2023    çap et  çap et