525.Az

"Birgəyaşayış istəyirsinizsə, sülh prosesini dəstəkləyin” - Səfirdən ermənilərə müraciət


 

"Birgəyaşayış istəyirsinizsə, sülh prosesini dəstəkləyin”  <b style="color:red">- Səfirdən ermənilərə müraciət</b>

“Əgər biz insanların birgəyaşayışını istəyiriksə, onda sülh prosesini dəstəkləməliyik”.

525.az xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib.

Diplomat xatırladıb ki, 2020-ci ildə əldə olunmuş razılığa əsasən Ermənistan qanunsuz hərbi birləşmələri Qarabağdan çıxarmalı idi.

E.Süleymanov vurğulayıb ki, azərbaycanlılar heç vaxt ermənilər kimi davrana bilməz: “Ermənilər 90-cı illərdə şəhərlərimizi ələ keçirəndən sonra qətllər törətdilər, qaçqın və köçkünlərimiz oldu. Amma biz onlar kimi davranmırıq”.

Nəşrdə həmçinin, sentyabrın 21-də Yevlaxda Azərbaycan rəsmiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüşünə də toxunulub: “Azərbaycan tərəfi bildirir ki, konstruktiv danışıqlar reinteqrasiya prosesinin başlanğıcıdır. Yəni, Qarabağ erməniləri silahı yeri qoymalıdır” ("Report").

 





23.09.2023    çap et  çap et