525.Az

Azərbaycanda kolbasa istehsalı 9 faizdən çox artıb


 

Azərbaycanda kolbasa istehsalı 9 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 min 941,4 ton kolbasa məmulatları istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.

Sentyabrın 1-nə ölkədə 39,5 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 14,5 % çoxdur.

 





23.09.2023    çap et  çap et