525.Az

Azərbaycanda meyvə-tərəvəz konservləri istehsalı təxminən 3 % artıb


 

Azərbaycanda meyvə-tərəvəz konservləri istehsalı təxminən 3 % artıb<b style="color:red"></b>

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 121 min 096,2 ton meyvə-tərəvəz konservləri istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Hesabat dövrünə Azərbaycanda 3 milyon 013,6 min dekalitr meyvə şirəsi istehsal edilib ki, bu da, illik müqayisədə 4,6 % azdır.

Sentyabrın 1-nə ölkədə 25 min 622 ton meyvə-tərəvəz konservləri, 777,2 min dekalitr meyvə şirəsi ehtiyatı yaranıb.

 





23.09.2023    çap et  çap et