525.Az

Cənubi Afrika Respublikası Azərbaycanda konsulluq açacaq


 

Cənubi Afrika Respublikası Azərbaycanda konsulluq açacaq<b style="color:red"></b>

“Cənubu Afrika Respublikası (CAR) tezliklə Azərbaycanda konsulluq açmağı planlaşdırır”.

525.az xəbər verir ki, bunu CAR-ın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau “Report”un Ankara bürosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında münasibətlər günü-gündən inkişaf edir.

Səfir deyib ki, CAR-ın Bakıda konsulluq açması bu əlaqələrin daha da genişlənməsinə səbəb olacaq.

Bakıda keçirilən son Qoşulmama Hərəkatı toplantısında iştirak etdiyini diqqətə çatdıran Dipuo Berta Letsatsi-Dubau tədbirin yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib: “Bakı ev sahibi olaraq öz işinin öhdəsindən çox yaxşı gələ bildi və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu”.

 





23.09.2023    çap et  çap et