525.Az

Ceyhun Bayramov: Qarabağda yerli mülki əhalinin ehtiyaclarını ödəmək üçün bütün səylər səfərbər edilib


 

Ceyhun Bayramov: Qarabağda yerli mülki əhalinin ehtiyaclarını ödəmək üçün bütün səylər səfərbər edilib<b style="color:red"></b>

Qarabağda yerli mülki əhalinin ehtiyaclarını ödəmək üçün bütün səylər səfərbər edilib.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında bildirib.

Nazir deyib ki, antiterror tədbirləri dayandırıldığı üçün Azərbaycan hazırda tərksilah, demobilizasiya və yerlərdə reinteqrasiya üzrə praktiki addımlara başlayıb:

"Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin Ermənistan sakinlərinin nümayəndələri ilə çoxdan gözlənilən görüşü nəhayət sentyabrın 21-də Yevlax şəhərində baş tutdu. Dialoq hökumətin reinteqrasiya planlarının birbaşa müzakirəsi, həmçinin infrastrukturun bərpası və istismarı, humanitar malların və ictimai xidmətlərin çatdırılması ilə bağlı məsələlərin həlli formatında davam etdiriləcək. Artıq mərkəzi hakimiyyət orqanları təxirəsalınmaz lazımi humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə başlayıb".

"Bu xüsusda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinləri bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmində olduğunu bir daha bildirmək istərdim. Azərbaycan Konstitusiyası və milli qanunvericiliyi, qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır", - C.Bayramov qeyd edib.

 





23.09.2023    çap et  çap et