525.Az

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - YENİLƏNİB


 

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - <b style="color:red"> YENİLƏNİB</b>

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Bu barədə 525.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 29-da Rusiya Federasiyasının Tula şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.

xxx

Sentyabrın 29-da Rusiyanın Tula şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb.

525.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə quruma üzv 8 ölkənin uyğun qurumlarının, o cümlədən Azərbaycan və Ermənistanın Müdafiə nazirliklərinin rəhbərləri də iştirak edirlər.

 





29.09.2023    çap et  çap et