525.Az

Şəhid ömürlərə elegiya - Şəhid ömürlərə elegiya


 

Şəhid ömürlərə elegiya - <b style="color:red"> Şəhid ömürlərə elegiya</b>

2023-cü il sentyabın 20-də antiterror tədbirlərində şəhid olanlarımızın ruhuna

 

Ana Torpaq,

Anam Torpaq,

Bir ömürlük yol gəlmişik

Tarixlərin yaddaşına.

Gəlmişik ki,

                görmüşük ki,

qətiyyətin, cəsarətin,

Azıxın,

        Gəmiqayanın, 

                   Qobustanın

əsgərləşmiş nuru bu gün

qılınc kimi sıyrılıb da

boy göstərsin yad daşına!

 

2020-nin payızında

Azərbaycan əsgərinin

Qüdrətinin qarşısında

dizin-dizin sürünənlər,

ermənilik kəfəninə bürünənlər,

bir niyyətin yedəyində

dağda-daşda görünənlər

2022-nin sentyabrında

Kəlbəcərə daş atdılar,

Daş atdılar Laçına da.

Gizilin-aşkar hay verdilər,

                      pay verdilər

Yeri Göydən,

Göyü Yerdən çimçəşdirən

ermənilik xaçına da...

 

2023-ün sentyabrında

Azərbaycan əsgəriylə yan-yanaşı

Bamsı Beyrəklərin.

Qaraca Çobanların, ...

ruha dönmüş qətiyyəti döyüşürdü,

Pənahəli xanın, Cavad xanın, ...

dövlətçilik sədaqəti döyüşürdü,

Xan qızının

məmləkətə məhəbbəti döyüşürdü...

 

Əsgərləşən bir millətin

döyüş ruhu döyüşürdü.

Nizaminin Bəhram-Guru döyüşürdü,

Füzulinin "Şəbi-hicran"ı,

Xətainin "Dəhnamə"si,

Xanın səsi,

Seyidin zənguləsi,

Yaqubun "Mənsurə"si,

"Qarabağın şikəstəsi" döyüşürdü...

Döyüşdülər...

Ermənilik xislətini

əzə-əzə döyüşdülər,

Bir niyyətin boğazını

üzə-üzə döyüşdülər,

Min illərdən günümüzə

Gəlib çatan

qeyrət üçün döyüşdülər,

Xocalının, Əsgəranın,

Ağdərənin, Xankəndinin

alışası odu üçün döyüşdülər,

Azərbaycan adı üçün döyüşdülər...

Ana Vətən, oğulların

Torpaq üçün,

dövlət üçün döyüşdülər...

 

Bir bayrağın işığında

Şəhid oldu döyüşçülər...

Bir döyüşdən ölməzliyə

Gedən yoldu döyüşçülər...

 

 





29.09.2023    çap et  çap et