525.Az

Prezidentin xüsusi nümayəndəsi: Şuşanın şəhər planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorunub


 

Prezidentin xüsusi nümayəndəsi: Şuşanın şəhər planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorunub<b style="color:red"></b>

Şuşanın şəhər planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorunub.

525.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Biz bu yöndə Şuşanın sakinləri ilə məsləhətlər aparmışıq, ona uyğun baş planı qurmuşuq. Buna əsasən, Şuşada hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulmayıb", - o deyib.

Aydın Kərimov deyib ki, tarixi və mədəni irs abidələrinə xüsusi diqqət var: "Şuşada 200-dək belə abidə var ki, bəzisi dağıdılıb".

 





30.09.2023    çap et  çap et