525.Az

DTX rəisinin müavini: Birinci Qarabağ Müharibəsində məğlub olsaq da, hərb tariximizə qızıl hərflərlə yazılan qəhrəmanlarımız olub


 

DTX rəisinin müavini: Birinci Qarabağ Müharibəsində məğlub olsaq da, hərb tariximizə qızıl hərflərlə yazılan qəhrəmanlarımız olub<b style="color:red"></b>

"Birinci Qarabağ Müharibəsində biz məğlubiyyətə düçar olduq. Həmin müharibədə məğlub olsaq da, bizim hərb tariximizə qızıl hərflərlə yazılan qəhrəmanlarımız da olub".

525.az APA-ya istinadən xəbər verir ki, bunu DTX rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib.

O bildirib ki, bu qəhrəmanlardan biri də Riad Əhmədov olub: "Onun axtarışı hər zaman bizim diqqətimizdə olub. Ulu öndər Heydər Əliyev və İlham Əliyev tərəfindən onun tapılması istiqamətində erməni siyası rəhbərləri ilə danışıqlar olub. Lakin bir fayda verməyib. 44 günlük müharibədən sonra isə bizim xidmət və dövlət komitəsi tərəfindən azad olunmuş ərazilərdə axtarışlar aparılıb. Daşaltı kəndi istiqamətində aparılan axtarışlar zamanı onun və bəzi şəhidlərin nəşləri tapılıb", - DTX rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.

 





30.09.2023    çap et  çap et