525.Az

Qvatemalada əhali prokurorlara etiraz edib


 

Qvatemalada əhali prokurorlara etiraz edib<b style="color:red"></b>

Qvatemalada yüzlərlə insan avqust ayında keçirilən prezident seçkilərində prokurorların səsləri ələ keçirmək cəhdinə etiraz edib.

525.az xəbər verir ki, qvatemalalılar prokurorluğun binası qarşısında oturaq etiraz aksiyası keçirərək baş prokuror Konsuelo Porrası istefaya çağırıblar. Təxminən 2 min insanın iştirak etdiyi nümayişlərin insidentsiz davam etdiyi, lakin təhlükəsizlik qüvvələrinin sıx tədbir gördüyü bildirilib.

Yerli mətbuatda dərc olunan xəbərlərdə baş prokuror Porras istefaya getməyincə fəalların etirazlarından əl çəkməyəcəkləri paylaşılıb.

Qeyd edək ki, dünəndən başlayan aksiyalarda 17 yol bağlanıb, polislə arabir gərginlik yaşanıb.

Məhəmməd Tağıyev

 





04.10.2023    çap et  çap et