525.Az

Sisi prezident seçkilərində yenidən namizəd olacaq


 

Sisi prezident seçkilərində yenidən namizəd olacaq<b style="color:red"></b>

Misir Prezidenti Əbdülfəttah əs-Sisi dekabrda keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Misirdə Prezident Əbdülfəttah əs-Sisi tərəfdarlarının dekabrda keçiriləcək prezident seçkilərində yenidən namizəd olmaq üçün başlatdıqları kampaniya reaksiya ilə qarşılanıb.

Sisi verdiyi açıqlamada prezident seçkilərində üçüncü müddətə namizəd olacağını təsdiqləyib.

2014-cü ildən Misirin Prezidenti olan keçmiş Baş Qərargah rəisi Sisinin 2030-cu ilə qədər vəzifədə qalmasına imkan verən konstitusiya dəyişikliyindən sonra 4 il əvvəl yenidən namizəd olacağı gözlənilirdi.

Sisi 2013-cü ildə demokratik yolla seçilmiş Məhəmməd Mursinin devrilməsindən sonra hakimiyyətə gəlib və 2014 və 2018-ci illərdə keçirilən prezident seçkilərində 97 faiz səslə qalib gəlib.

Malik Atilay

 





04.10.2023    çap et  çap et