525.Az

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb


 

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb<b style="color:red"></b>

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun fəlsəfə doktoru Kyungin Kangın Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri ilə görüşü olub.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

Görüşdə BDU-nun rektoru Elçin Babayev, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, BDU-da fəaliyyət göstərən Sei Jong İnstitutunun əməkdaşı Kim Donghyun və tələbələr iştirak ediblər.

Kyungin Kang tələbələrlə Koreya dilində söhbət aparıb, onların bu ölkəyə olan maraqlarını, BDU-da Koreya dilinin, koreyaşünaslığın tədrisini yüksək qiymətləndirib. O, eyni zamanda, Bakıya səfəri və BDU ilə bağlı təəssüratlarını bölüşüb.

Qonaq tələbələrə gələcəkdə təhsillərini Koreyanın ali təhsil müəssisələrində davam etdirməyi təklif edib.

Sonra tələbələrin sualları cavablandırılıb.

Sevinc Qarayeva 

 





04.10.2023    çap et  çap et