525.Az

Nazir Şirvan şəhərində vətəndaşlarla görüşəcək


 

Nazir Şirvan şəhərində vətəndaşlarla görüşəcək<b style="color:red"></b>

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 27-də Şirvan şəhərində vətəndaşlarla görüşəcək.

Nazirlikdən 525.az-a bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri oktyabrın 12-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Sevinc Qarayeva 

 





04.10.2023    çap et  çap et