525.Az

Türkiyə Azərbaycanın Qranada görüşündən imtina etməsini təqdir edir


 

Türkiyə Azərbaycanın Qranada görüşündən imtina etməsini təqdir edir<b style="color:red"></b>

Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsini təqdir edir.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazları qəbuledilməzdir.

 





04.10.2023    çap et  çap et