Polşa hakimiyyəti Almaniyadan İkinci Dünya Müharibəsindən dəymiş ziyana görə kompensasiya tələb edəcək. Polşanın "WNP" nəşri məlumat yayıb ki, bu, Polşa Baş nazirinin müavini Yaroslav Kaçinskinin hakim Hüquq və Ədalət partiyasının qurultayında verdiyi vəd olub.
525.az bu barədə "Lenta.ru"ya istinadən xəbər verir.
“Bu, təkcə maliyyə məsələsi deyil, həm də ləyaqətimizlə bağlı məsələdir. Ola bilməz ki, başqalarına pul verilir, amma polyaklara yox, bunun üçün mübarizə aparmalıyıq”, - deyə o bildirib.
Qeyd edək ki, 2022-ci ildə Kaçinski Almaniyadan 1,3 trilyon dollar təzminat ödəməsini tələb edərək, bu məbləği ən məhdud və mühafizəkar adlandırıb.
Havar Şəfiyeva