Yeni Zelandiyada əhali iqtisadiyyatı yaxşılaşdırmaq, daha çox məşğulluq və ən yaxşı təhsil imkanlarını təmin etmək vədləri fonunda oktyabrın 14-də seçkiyə gedəcək.
525.az xəbər verir ki, oktyabrın 14-də ümumilikdə 19 siyasi partiyanın iştirak edəcəyi ümumi seçkilərdə əsas yarışın hakim İşçi Partiyası ilə ana müxalifətdəki Milli Partiya arasında olacağı gözlənilir.
Yeni Zelandiya radiosunun məlumatına görə, Milli Partiya 13 yaşınadək uşaqlar üçün pulsuz, 25 yaşdan kiçik gənclər üçün isə yarı qiymətə ictimai nəqliyyat təmin etməyi planlaşdırır.
İqtidar olan İşçi Partiyası isə tələbələr üçün təhsil sahəsində ən yaxşı imkanları təmin edəcəyini və yenidən seçiləcəyi təqdirdə gənclərə daha çox iş və təhsil imkanları təklif edəcəyini vəd edir.
Məhəmməd Tağıyev