525.Az

Paşinyan istefa verməyə hazır olduğunu açıqlayıb


 

Paşinyan istefa verməyə hazır olduğunu açıqlayıb<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemləri həll olunarsa, hakimiyyəti tərk edə bilər.

525.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, bunu parlamentdə hökumət saatında deyib.

Müxalifətçi deputatın sualını cavablandıran baş nazir vurğulayıb ki, o, hakimiyyətdən yapışmayıb və əgər müxalifət çağırışların öhdəsindən gəlməkdə iştirak etmək istəyirsə, buna heç nə mane ola bilməz.

 

 





04.10.2023    çap et  çap et