525.Az

Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların təsnifatında dəyişiklik edilib


 

Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların təsnifatında dəyişiklik edilib<b style="color:red"></b>

Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.

525.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar qəbul edib.

Dəyişiklikdə deyilir ki, sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə) ixtisasına aldıqları ixtisasdan asılı olmayaraq, Dövlət Sərhəd Xidmətində xidmət edən ali təhsilli zabitlər Dövlət Sərhəd Xidmətinin Akademiyasının qəbul şərtlərinə uyğun olaraq magistraturaya qəbul oluna bilərlər.

Sevinc Qarayeva 

 





04.10.2023    çap et  çap et