525.Az

Elm və Təhsil Nazirliyində yeni təyinat olub


 

Elm və Təhsil Nazirliyində yeni təyinat olub<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

525.az- ın məlumata görə, müvafiq əmrlə Turxan Süleyman Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, şöbə müdiri vəzifəsinə müvəqqəti icraçı təyin olunub.

Qeyd edək ki, 35 yaşlı şöbə müdiri Bakı Slavyan Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin magistratura və doktorantura məzunudur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb.

O, həmçinin "Yüksəliş" müsabiqəsinin qalibidir.

Məlumat üçün bildirək ki, bundan əvvəl həmin vəzifənin icrası Yaqub Piriyevə həvalə olunmuşdu. O, Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Mühəndislik Universitetinə rektor təyin edilib.

 





04.10.2023    çap et  çap et