525.Az

Britaniyada siqaret satışının qadağan edilməsi planlaşdırılır


 

Britaniyada siqaret satışının qadağan edilməsi <b style="color:red">planlaşdırılır</b>

Böyük Britaniya Baş naziri Rişi Sunak, gələcək nəsilləri siqaretin zərərlərindən qorumaq üçün qanunlar çıxaracaqlarını və hər il siqaret alma yaşını artırmağı planlaşdırdıqlarını bildirib.

525.az xəbər verir ki, Sunak lideri olduğu Mühafizəkarlar Partiyasının illik konfransının bağlanışında ölkə gündəmində olan bir çox məsələ ilə bağlı açıqlamalar verib.

O çıxışında gənclərə siqaret satışının qadağan edilməsi ilə bağlı qanunun Britaniya parlamentində səsverməyə çıxarılacağını qeyd edərək, siqaret alma yaşının hər il bir yaş artırılacağını, beləliklə gənc nəsilin siqaretsiz böyüyə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Rişi Sunak Britaniya parlamentində bu məsələ ilə bağlı səsvermənin sərbəst səsvermə olacağını deyib.

Məhəmməd Tağıyev

 





05.10.2023    çap et  çap et