Kanadada istefa verən İcmalar Palatasının sədri Entoni Rotanın yerinə qaradərili Qreq Ferqus seçilib.
525.az xəbər verir ki, Qreq Ferqus Kanada parlamentinin aşağı palatası olan İcmalar Palatasının ilk qaradərili sədri olub. Parlament üzvlərinin gizli səsvermə yolu ilə seçdiyi İcmalar Palatasının sədri Ferqus açıqlamasında parlamentdəki çıxışların hörmət çərçivəsində davam etdirilməsini təmin edəcəyini bildirib.
Kanadanın Baş naziri Castin Trüdo Liberal Partiyasının da üzvü olan Ferqusu yeni vəzifəsi münasibətilə təbrik edib.
Qeyd edək ki, Kanadada İcmalar Palatasının sədri siyasi partiyanın üzvü olsa da, parlamentdəki rolu neytraldır.
Məhəmməd Tağıyev