525.Az

Azərbaycan gələn il "Sosial-iqtisadi inkişaf Strategiyası"na 5,5 milyard manat xərcləyəcək


 

Azərbaycan gələn il "Sosial-iqtisadi inkişaf Strategiyası"na 5,5 milyard manat xərcləyəcək<b style="color:red"></b>

Azərbaycanda gələn il dövlət büdcəsindən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına 5 milyard 509,1 milyon manat ayrılması nəzərdə tutulur.

525.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, həmin vəsaitin 4 milyard manatını və yaxud 72,6 %-ni işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclər, 1,1 milyard manatını və yaxud 20 %-ni investisiya xərcləri, 409,1 milyon manatını və yaxud 7,4 %-ni isə cari xərclər təşkil edəcək.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda “2022–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nın icrası üçün 2 milyard 418,7 milyon manat vəsait yönəldilib.

 





03.11.2023    çap et  çap et