525.Az

Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclası keçirilib


 

Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclası keçirilib<b style="color:red"></b>

Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində noyabrın 13-də paytaxt Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının üçüncü iclası keçirilib.

Mədəniyyət Nazirliyindən 525.az-a verilən məlumata görə, toplantıda mədəni irs, kinematoqrafiya, teatr, muzey, kitabxana, yaradıcı sənaye və musiqi sahəsi üzrə təhsil, habelə mədəniyyət sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda birgə komissiyanın üçüncü iclasının protokolu imzalanıb.

 





13.11.2023    çap et  çap et