Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 15 noyabr tarixindən paytaxtın Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.
525.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, qeyd olunan yol sahəsində hazırda müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edilir.