Avro-2024-ün seçmə mərhələsində keçiriləcək Belçika - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.
525.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb. Referi Gerqo Boqar olacaq. Ona yan xətt hakimləri kimi Teodoros Georgiu və Balaş Salai kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.
Qeyd edək ki, Belçika millisi Avro-2024-ün F qrupunda 17 xalla liderdir. Komanda artıq final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması seçmə mərhələnin F qrupunda sonuncu matçını Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan qrupda 4 xalla 4-cü pillədə qərarlaşıb.