525.Az

AFFA İntizam Komitəsinin iclası keçirildi


 

AFFA İntizam Komitəsinin iclası keçirildi<b style="color:red"></b>

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

525.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 13-cü turunda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.

Eyni matçda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.

Matç bitdikdən sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun, həmçinin 19.09.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun cəzalanıb, klub 1000 manat cərimə edilib.

“Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

 





16.11.2023    çap et  çap et