AFFA İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Samir Abasovu cəzalandırıb.
525.az qurumun saytına istinadən xəbər verir ki, buna səbəb 45 yaşlı mütəxəssisin Misli Premyer Liqasının 13-cü turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra etdiyi qeyri-idman hərəkəti olub.
S.Abasov buna görə 1 oyunluq cəza alıb. Mütəxəssis senyabrın 19-da təyin edilən 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilən 2 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 3 matçlıq cəzaya məruz qalıb. "Sumqayıt" isə S.Abasova görə 1000 manat cərimələnib.