İsveç millisinin futbolçusu Emil Forsberq Azərbaycana məğlubiyyəti biabırçılıq adlandırıb.
525.az Qol.az-a istinadən xəbər verir ki, o, bu haqda dünən Avro-2024-ün seçmə mərhələsində Azərbaycana 0:3 hesabı ilə uduzduqları oyunu şərh edərkən danışıb.
"Biz ilk 2 qolu buraxdıqdan sonra özümüzü pis vəziyyəyə saldıq" - deyə "Leyptsiq" (Almaniya) klubunun yarımmüdafiəçisi qeyd edib.O, isveçli jurnalistlərə açıqlamasında deyib ki, erkən buraxılan 2 qoldan sonra komanda özünə inamı itirib:
"Biz özümüzə güzgüdə baxıb soruşmalıyıq ki, biz yaxşı oynadıqmı? O dəqiqə da cavab alacaqsınız ki, xeyr. Bu, biabırçılıqdır".