525.Az

DİM peşəkar mühasib sertifikatı imtahanı verəcək namizədlərə müraciət edib


 

DİM peşəkar mühasib sertifikatı imtahanı verəcək namizədlərə müraciət edib<b style="color:red"></b>

Noyabrın 26-da peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçiriləcək. İmtahan verəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə 525.az-a DİM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.

Sevinc Qarayeva 

 





20.11.2023    çap et  çap et