525.Az

Dominikanda daşqınlarda 21 nəfər öldü


 

Dominikanda daşqınlarda 21 nəfər öldü<b style="color:red"></b>

Karib hövzəsi ölkəsi Dominikanda leysan yağışların səbəb olduğu daşqınlarda 21 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Mərkəzindən verilən açıqlamada noyabrın 17-dən etibarən davam edən leysanın insanların can və mal itkisinə səbəb olduğu bildirilib.

Güclü yağışların səbəb olduğu daşqınlarda indiyədək 4-ü ABŞ, 2-si Haiti vətəndaşı olmaqla 21 nəfərin həyatını itirib.

Qeyd edək ki, 14 əyalətdə qırmızı həyəcan elan edilib.

Malik Atilay

 





20.11.2023    çap et  çap et