525.Az

Yaponiyada 5,8 bal gücündə zəlzələ


 

Yaponiyada 5,8 bal gücündə zəlzələ<b style="color:red"></b>

Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

525.az xarici mediaya əsasən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Sakit okeanın Aomori adasının Hachinohe sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 06:01-də 50 kilometr dərinlikdə baş verdiyi bildirilən zəlzələdən sonra bölgədə "nəhəng dalğa" xəbərdarlığı edilməyib.

Zəlzələnin yaxınlıqdakı İvate və Hokkaydo bölgələrində də hiss olunduğu bildirilib.

Qeyd edək ki, Aomori adasının Şimokita yarımadasında yerləşən Hiqaşidori Atom Elektrik Stansiyasında hər hansı anormallıq aşkar edilməyib.

Malik Atilay

 





20.11.2023    çap et  çap et