525.Az

“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat aparılır


 

“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat aparılır<b style="color:red"></b>

“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat aparılır.

Elm və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, iştirak etmək istəyən şagirdlər dekabrın 15-dək sabahinalimleri.edu.az portalında qeydiyyatdan keçməlidirlər.

Müsabiqə ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək.

Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır.

Sevinc Qarayeva 

 





21.11.2023    çap et  çap et