525.Az

Güləşçilərimiz Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar


 

Güləşçilərimiz Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar<b style="color:red"></b>

Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurublar.

525.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş mükafata sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.

 





02.12.2023    çap et  çap et