ABŞ-nin Nyu-York şəhəri və paytaxt Vaşinqtonda yüzlərlə insan İsrailin Qəzza zolağına hücumlarına son qoyulması tələbi ilə etiraz aksiyası keçirib.
525.az xəbər verir ki, Nyu-Yorkdakı Mərkəzi Parkın ətrafına toplaşan nümayişçilər, İsrail və ABŞ hökumətlərinin Qəzza siyasətini tənqid edən ifadələr yazılmış plakatlarla Tayms Meydanına gediblər. Qəzzada təcili olaraq daimi atəşkəs çağıran fəallar, turistlərin böyük marağına səbəb olan Tayms Meydanını dolduraraq diqqət çəkməyə çalışıblar. Paytaxt Vaşinqtonda isə fələstinli tərəfdarlar ölüm mövzulu nümayiş təşkil ediblər.
Qeyd edək ki, aksiya zamanı ABŞ prezidenti Co Bayden və onun administrasiyasının hücumlara görə məsuliyyət daşıdığına dair şüarlar səsləndirilib.
Məhəmməd Tağıyev