Filippinin Mindanao Dövlət Universitetində xristianların bazar günü mərasiminə toplaşdığı zaman baş verən partlayışda ilkin məlumata görə, 4 nəfər ölüb, 50 nəfər yaralanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Filippinin cənubundakı Mindanao adasında yerləşən Maravi şəhərindəki Mindanao Dövlət Universitetinin idman zalında bazar günü mərasim zamanı partlayış baş verib.
Bölgədəki ordu rəsmiləri partlayış nəticəsində ilkin məlumata görə, 4 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını bildirib.
Ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.
Filippin Prezidenti Ferdinand Markos "X" sosial media platformasında partlayışı şiddətlə qınayıb və həyatını itirənlərin ailələrinə başsağlığı verib. Müdafiə naziri Gilberto Teodoro da "partlayışın xarici qüvvələr tərəfindən törədildiyinə dair əlamətlər" olduğuna diqqət çəkib.
Qeyd edək ki, Mindanao Dövlət Universiteti partlayışa görə növbəti xəbərdarlığa qədər dərslərin keçirilməyəcəyini açıqlayıb.
Malik Atilay